Aygün Bəylər qızından danışıb AĞLADI - VİDEO 

Aygün Bəylər qızından danışıb AĞLADI - VİDEO 

Hazırda oxunan: Aygün Bəylər qızından danışıb AĞLADI - VİDEO 

127129

"Sənətimə, evimə, övladıma qayıtdım, artıq yaxşıyam".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Səhər mərkəzi" verilişində deyib.

Xanəndə bir neçə ay əvvəl Prezident İlham Əliyevin ona ev hədiyyə etməsindən də danışıb:

"Bu işdə Leyla Quliyeva (aparıcı -red.) mənə əl tutdu, onu o qədər narahat edirdim ki... Sənəd işlərində kömək oldu. Özü də zəng edirdi, filan yerə getmək lazımdır. Deyirdim ki, utanıram, səni necə narahat etdim. Ağır vaxtlarımda mənə dəstək oldu. Mənim müalicə üçün imkanım yox idi,  xalqın içində olan adamam. Heydər Əliyev Fonduna müraciət etdik. Xəstəliyim ərəfəsində də Leyla mənə yardım etdi. Prezidentə, Birinci xanıma çox sağ ol deyirəm, mənim əziyyətimi dəyərləndirdilər".

Qızından söz açan müğənni göz yaşlarına boğulub:

"Ev xəbərindən sonra evə gedəndə Canan məni qucaqladı, kövrəldi. Sevinc göz yaşları idi. Qızım böyüyüb 12 yaşı olacaq. Onun adını çox çəkmək istəmirəm. Qorxuram Allah bizi tez ayırar", deyə müğənni ağlayıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO