Aktrisa Ülviyyə:

Aktrisa Ülviyyə: "Dilarə ərinin ölüm xəbərindən şokdadır" - ÖZƏL

Hazırda oxunan: Aktrisa Ülviyyə: "Dilarə ərinin ölüm xəbərindən şokdadır" - ÖZƏL

126816

"Hazırda Dilarə xanımın yanındayam. O, topuğundan zədə alıb".

Bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi


Aktrisa bu gün axşam saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevi itirən Dilarənin şok vəziyyətdə olduğunu bildirib:

"Həkimlər Dilarənin sağlamlıq vəziyyətinin normal olduğunu bildirirlər. Lakin o, Oqtay müəllimin vəfatından şok keçirib. Heç nə danışa bilmir. Həkimlər ona sakitləşdirici iynələr vurublar. Onlar Dilarəni evə buraxmaq istəsələr də biz dedik ki, bir gün də xəstəxanada qalsın. Çünki evə getsə, Dilarənin vəziyyəti daha da pis olar. Belə olan halda isə üstünə təcili tibbi yardım gələr. Daha yaxşısı xəstəxanada qalmasıdır. İnanın ki, Dilarənin hazırda psixoloji vəziyyəti çox ağırdır".

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO