"Hazırda Sumqayıt şəhəri Travmatologiya xəstəxanasındayam. Bacım Dilarə həkim tərəfindən müayinə olunur. Onun vəziyyəti normaldır".
Bu sözləri Əməkdar artist Dilarə Əliyevanın aktyor qardaşı Vüsal Murtuzəliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
MÖVZU İLƏ BAĞLI:
Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi
Vüsal Mehriban Zəkinin reanimasiyaya yerləşdiyini açıqlayıb.
"Mehriban xanım hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Həkim nəzarətindədir. Onun üz və qulaq nahiyyəsində ciddi xəsarətlər var. Bədənində sınığın olub-olmadığı haqda dəqiq informasiyam yoxdur".
Dünyasını dəyişən Oqtay Əliyevin dəfni ilə bağlı suala isə aktyor "Bu haqda hələ heç bir məlumat verə bilməyəcəyəm. Çox güman ki, Oqtay Əliyev sabah dəfn olunacaq" deyə açıqlqma verib.
Qeyd edək ki, bu gün saat 18:00 radələrində Saray qəsəbəsi ərazisində Əməkdar mədəniyyət işçisi, məşhur prodüser Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media