Namiq Qaraçuxurlu: “Çox toya gedəndə şəxsi həyatımı unuduram” – VİDEO

Namiq Qaraçuxurlu: “Çox toya gedəndə şəxsi həyatımı unuduram” – VİDEO

Hazırda oxunan: Namiq Qaraçuxurlu: “Çox toya gedəndə şəxsi həyatımı unuduram” – VİDEO

126632

“Şou-biznesdə olan çox adamların düşüncəsi ilə mənim fikirlərim ziddiyət təşkil edir. Həyatda da bu mənim başıma çox gəlir. Tanınmışlarla, dostlarla fikirlərim üst-üstə düşmür, uyğun gəlmir. Ona görə də uzaq gəzmək lazımdır. Ən az üç dəfə kiməsə hörmətlə yanaşıram. Dördüncüdə isə artıq yox”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Qazancından söz açan sənətçi, hər gün toya gedən həmkarlarını tənqid edib: 

“Kasıb oğlan olmuşam, birdən-birə pul qazanmağa başlamışam. Pul qazana-qazana, bir də baxıb görmüşəm ki, hər şeyim var, amma heç nəyim yoxdur. Və ya ətrafımda hər şey var, amma mənim heç nəyim yoxdur. Bu pis şeydir.

İndi bəzən ardıcıl məclislər olanda götürmürəm. Çünki özümü, ətrafımı, şəxsi həyatımı unuduram. Deyirəm ki, lazım deyil. 

Elə insanlar tanıyıram ki, onlar deyirlər ki, sabah gedirəm Rusiyaya, çünki Məhərrəmlik ayı gəlir. Nə olub, dayanda bir... Biraz da ailənə zaman ayır. Onsuz da biz nə qədər pul qazansaq, ətrafımız bizim hesabımıza kef edir.

Özünün yaxşı pulun olmaqdansa, dostunun, qohumunun yaxşı pulu olsun. Əziyyətini o çəksin, sən isə kef edəsən”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO