Fatimə avtomobillə vurulan köməkçisi HAQDA: “Kəllə sümüyündə çat var” - ÖZƏL

Fatimə avtomobillə vurulan köməkçisi HAQDA: “Kəllə sümüyündə çat var” - ÖZƏL

Hazırda oxunan: Fatimə avtomobillə vurulan köməkçisi HAQDA: “Kəllə sümüyündə çat var” - ÖZƏL

126038

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni gecə saatlarında yolu keçərkən avtomobil vurub.  

Aytacın səhhəti ilə bağlı xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı rəqqasə Fatimə ilə əlaqə saxlayıb. 

Fətəliyeva bildirib ki, Aytacın kəllə sümüyündə çatlar aşkarlanıb: 

“Aytacın vəziyyəti ağırdır. O ayılsa da, həkimlər onu yenidən yatızdırıb. Onun oyanmasına icazə vermirlər. Çünki beyni zədələnib. Əgər oyansa beyninə qan sıza bilər. Hazırda həkimlər beynindəki mayeni saxlamağa çalışırlar. Onun kəllə sümüyündə çat var. Həkimlər bütün lazımlı müdaxilələri ediblər. Əlimizdən gələn tək şey Aytac üçün dua etməkdir. O, çox gəncdir. Dua edək ki, tez sağalsın və aramıza qayıtsın”. 
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu avtomobili vurub.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO