Aktyor Corc: \

Aktyor Corc: \"Böyük pullar yeyildi, lakin Qarabağ müharibəsi haqda film çəkilmədi\"

Hazırda oxunan: Aktyor Corc: \"Böyük pullar yeyildi, lakin Qarabağ müharibəsi haqda film çəkilmədi\"

125955

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov çətin vəziyyətə düşüb.

Bizim.Media xəbər verir ki, Corc sosial şəbəkə hesabında "İkinci Qarabağ" müharibəsinə həsr olunmuş filmdə rol aldığı bir sıra kadrları paylaşaraq, sözügedən ekran əsərinin çəkilmədiyini bildirib.  

Cord iddia edib ki, film üçün ayrılan pullar yeyilib:

"Filmin adı "Milyonlarla büdcə"... Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il İkinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi.  

Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi. Kim necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim.  

Təlimlərə görə yola düşdük, 1 aya yaxın orada yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətçi deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməli idiniz, etmədiniz.  

Bu əziyyətə görə, biz az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən kömək edərdiniz.  

Mən vicdanlı olanlar tərəfindəyəm, pul yeyənlər tərəfində deyiləm. Mən dünyaya işıq saçan insanlar tərəfindəyəm. Mən nə edirəmsə, təmiz iş görürəm. İşimə, həyatıma siz, keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə, nə qorxacağım, nə də çəkinəcəyim yoxdur.  

Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsənətinə ləkə salanlar, bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!".  

Qeyd edək ki, sözügedən ekran əsərində Corc Qafarovdan başqa digər gənc aktyorlar Türkay Cəfərli və Yasin Həzirə də rol alıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO