Nazilə Səfərli nəvəsi üçün 5000 manata DƏVƏ KƏSDİ – VİDEO

Nazilə Səfərli nəvəsi üçün 5000 manata DƏVƏ KƏSDİ – VİDEO

Hazırda oxunan: Nazilə Səfərli nəvəsi üçün 5000 manata DƏVƏ KƏSDİ – VİDEO

125839

Şairə Nazilə Səfərli addımı ilə adından söz etdirib. 

Bizim.Media xəbər verir ki, sənətçi yeni doğulan oğlan nəvəsi üçün qiyməti 5 min manat olan qurbanlıq dəvə kəsib. 

Bu haqda isə Nazilə qonaq olduğu “Həmin Zaur” axşam şousunda danışıb. 

“Deyirlər ki, dəvəçi ilə dost olan, darvazası yen gərək. Dəvə körpə deyildi. Xalis əti 300 kiloqrama yaxın idi. Qurbanlıq ətini isə tanımadığım insanlara verdim”. 

Proqramın aparıcısı Zaur Kamalın “Mənə də pay gətirərdin ki, heç olmasa bir kiloqram dəvə ətindən. Biz də dadına baxardıq. Hələ indiyə kimi dəvə əti yeməmişəm” sözlərinə N.Səfərlinin cavabı belə olub: 
“Sən hər gün ət yeyirsən. Neynirsən dəvə ətini? Əgər dəvə ətinin yeməmisənsə, sənin dəvə almağa imkanın çatır. Qapınızda itiniz də əksik deyil. Sizə də dəvə əti payı gəlsin? Kasıblara paylamışam. Heç həmin insanları üzündən belə tanımıram. Halal xoşları olsun”. 

Qeyd edək ki, fevralın 13-də Nazilə Səfərli ilk dəfə nənə olub. Nurlan və Nuranə cütlüyünün oğlan övladı dünyaya gəlib.    
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO