Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə Əməkdar artist, aşıq Samirə Əliyeva arasında qalmaqal pik həddə çatıb.
Bizim.Media xəbər verir ki, musiqiçi “Şou xəbər” verilişinə müsahibəsində aşığı tanımadığını bildirərək, onu “ağ yuyub, qara sərib”.
“Elə bir insanı tanımıram, tanımaq da istəmirəm. O, ümumiyyətlə adam deyil. Biz aşıqlar arasında Telli Borçalını, Zülfiyyə İbadovanı tanıyırıq. Başqa aşıqları tanımıram. Bir çox insanlara görə hörmət edib, onun haqda başqa sözlər demədim.
Özü də bilir ki, hörmət etdiyim şəxslər kimlərdir. İnsan yediyi bir tikə çörəyə dəyər verər. Sən mənim evimdə yediyim çörəyə tüpürsən, səninlə barışaram? Heç vaxt! O kimdir axı?”.
Qeyd edək ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı Dövlət Akademik Opera və Balet Teatrının aktrisası Aysel İbrahimova "Səs Azərbaycan - Doğma nəğmələr" müsabiqəsinə qatılaraq, “Gözümdə Leylisən” adlı mahnısını ifa edib və aşıq Samirə Əliyevanın komandasını seçib.
Ertəsi gün isə Hüseyn sosial şəbəkə hesabında “Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına” sözlərini yazaraq, aşıq Samirə ilə dost münasibətinin üstündən xətt çəkib.
Bunun ardından klarnet ifaçısının xanımı Aysel sosial şəbəkə hesabında videoaçıqlama yayaraq “Aşıq Samirəni ona görə seçmədim ki, o, böyük sənətkardır. Xeyr!” sözlərini dilə gətirərək, aralarında baş verən qalmaqalın üstünə “benzin” səpib.
Rəşad Əliyev, Bizim.Media