“Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk dəfə tamaşada rol alıb.
Bizim.Media xəbər verir ki, aktrisanın övladı, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatrının studiyası tərəfindən hazırlanan “Bahar” adlı inkluziv tamaşanın premyerasında iştirak edib.
Bununla bağlı “Söhbət var” verilişində süjet yayımlanıb.
“Çox qəşəng oynadım. Özüm də çox sevinirəm. İlk dəfədir oynayırdım, qaranquş rolunda idim. Çox istəyirəm ki, aktrisa olum”, - deyə Zəhra bildirib.
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media