“Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək boşanmayaydım...Beş-altı il əvvəl bilmişəm ki, o, vəfat edib. Bu xəbərdən çox pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O mənim uzaq qohumum olub”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva qonaq olduğu “Zaurla günaydın” səhər şousunda deyib.
Sənətçi bildirib ki, universitet illərində Xalq artisti Fuad Poladova eşqini etiraf edib:
“Evliliyim heç bir il çəkmədi. Mənim bir övladım var. Universitetin üçüncü kürsunda təhsil alırdım. Məni evdən vermişdilər həmin şəxsə, nişanlanmışdılar. Amma mənim sevgim başqa insana idi. Fuad Poladova qarşı platonik sevgim var idi.
O da yenicə ailə qurmuşdu. Tədris teatrında tərəf müqabili kimi mənimlə oynadı. Onu sevdiyimi bilirdi. Kursumuzun rəhbəri Şəfiqə Məmmədovaya demişdim. O söylədi ki, bu, necə olur? Demişdim ki, istəyirəm də onu”.
- A-
- A
- A+
Şoutaym
09:12 / 16.03.2023
Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO
Hazırda oxunan: Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO
Hazırda oxunan: Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi” - VİDEO
125767
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.