Pikedən Şakiranın qalmaqallı mahnısına REAKSİYA - FOTO

Pikedən Şakiranın qalmaqallı mahnısına REAKSİYA - FOTO

Hazırda oxunan: Pikedən Şakiranın qalmaqallı mahnısına REAKSİYA - FOTO

125607

Kolumbiyalı müğənni Şakiranın bir müddət əvvəl keçmiş futbolçu sevgilisinə həsr etdiyi “Monotonia” (Nəğmədə deyilir: Bu, nə sənin, nə də mənim günahımdı. Sənə heç nə demədim, amma incidim. Bunun baş verəcəyini bilirdim – red.) mahnısı ilə bağlı Jerar Pike ilk dəfə münasibət bildirib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, “RAC1”in aparıcısı ulduz futbolçuya “Bu mahnını eşitmisiniz?” sualını ünvanlayıb. 

“Bəli, əlbəttə. Ancaq bu barədə danışmaq istəmirəm”, - deyə Jerar məharətlə oxları keçmiş sevgilisinə qarşı çevirib.  

Pike əlavə edib ki, Şakira ilə ortaq oğulları - səkkiz yaşlı Milan və altı yaşlı Saşa qarşısında böyük məsuliyyət daşıyır.  

“Valideynlər övladlarını qorumalıdırlar. Hər kəs özü qərar verir. Mən bu haqda danışmaq istəmirəm. Sadəcə övladlarımının yaxşı olmasını istəyirəm. Mənim onlarla həmişə yaxın münasibətim olub. Heç bir şey məni onların xoşbəxtliyindən daha çox sevindirmir”, - deyə futbolçu vurğulayıb. 

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə 2010 FIFA Dünya Kubokunun himni olan “Waka Waka” mahnısının çəkilişləri zamanı tanış olublar. Cütlük vətəndaş nikahında yaşayıb və iki oğul böyüdüb: doqquz yaşlı Milan və yeddi yaşlı Saşa. 
2022-ci ilin yayında 12 illik evlilikdən sonra məşhurların ayrılması məlum olub. Ayrılmaya səbəb isə Pikenin Klara Çiya adlı xanımla Şakiraya xəyanət etməsi olub. Onların tezliklə toyları olacaq. 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO