Toppuş bacının əri:

Toppuş bacının əri: "Mənim yerim sənin yanında hazırdır" - FOTO 

Hazırda oxunan: Toppuş bacının əri: "Mənim yerim sənin yanında hazırdır" - FOTO 

125329

“18 oktyabr 2022-ci il, saat 09:37… O sabah pis xəbər almışdın, metastas boğaza qədər sıçrayıb. Dedin ki, Röyal, mən çox xoşbəxtəm. Sən varsan, Zəhram (qızı-red.) var. Bir xanım yaxınlaşıb şəkil çəkdirmək istədi. Dedin ki, bax, sən ulduzla evlənmisən, o gün məni çox güldürmüşdün. Amma indi gülməyi unutmuşam. Mənə deyirdin ki, sən çox güclüsən, indi psixoloq dostlarımız deyir ki, gəl sənə kömək edək. Axı sən yanıla bilməzsən, mən axı çox güclü idim, nə oldu mənə? Bəli, güclü idim, amma o güc səndən gəlirdi. İndi isə sadəcə güclü olmağa çalışıram".  

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Toppuş bacı ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.  

Röyal Tünzalə üçün çox darıxdığını, hətta mərhumun məzarı yanında yerinin hazır olduğunu bildirib:

"Zəhram eynən sənə bənzəyir. Mən ona kömək etməkdənsə, o, mənə daha çox kömək edir. Sənlə vidalaşanda dedim ki, yəqin ki, məni sənin yanında basdırmağa qoymayacaqlar. Çünki burada adlı-sanlı insanları dəfn edirlər.  Amma dedim ki, nə fərqi var, əsas yer deyil. Sonra mənə elə gözəl söz dedilər ki, məgər 2-ci Fəxri Xiyabanda iki nəfərlik yer verirlərmiş, mənim yerim sənin yanında hazırdır. Yəqin ki, çox az adamlardan biriyəm ki, artıq qəbrim hazırdır.

Bunları niyə yazıram, bilmirəm. Bəlkə, doğrudan da, psixoloqa ehtiyacım var. Amma ən çox sənə…  

Allahım şahiddir ki, tək ehtiyac duyduğum sənsən!”.  

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO