“Oscar -2023”də parlaq obrazları ilə bərq vuran MƏŞHURLAR - FOTO

“Oscar -2023”də parlaq obrazları ilə bərq vuran MƏŞHURLAR - FOTO

Hazırda oxunan: “Oscar -2023”də parlaq obrazları ilə bərq vuran MƏŞHURLAR - FOTO

125226

Ötən gün Los-Ancelesdə keçirilən sayca 95-ci “Oscar-2023” mükafatlandırma mərasimi sona çatsa da, məşhurların gecədə parlaq görünüşləri müzakirə predmetinə çevrilib.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ilin əsas mədəni və sosial tədbirlərdən birinin qırmızı xalçada gəncdən yaşlısına kimi məşhurlar obrazları ilə tamaşaçıları heyran etməyi və təəccübləndirməyi bacarıb. 

“Gecənin kraliçası” tituluna əsas iddiaçılar isə “Versace”dən Ledi Qaqa, “Alaia” dən hamilə Rihanna və “Armani Privé” markasından əynini bəzəyən Nikol Kidman olub.  

Qəlbimizi fəth edənlərin siyahısında növbəti yerlər:

“Elie Saab” qüsursuz geyimində Kara Delevin, “Louis Vuitton”da parıldayan Ana de Armas, eyni Louis Vuitton-da zərif Keyt Blanşett və “Givenchy”dən minimalist tərzdə Elizabet Olsen. 

Qırmızı xalçada diqqətdən qaçmayan daha bir neçə parlaq görüntünü nümayiş etdirənlər sırasında isə Eva Lonqoriya “Zuhair Murad”, Salma Hayek “Gucci” dən geyinərək diqqətləri üzərinə cəmləməyi bacarıb.  
Məşhurların par-par yanan səhnə obrazlarında lentə alınan fotolarını sizə təqdim edirik: 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO