Zeynəb

Zeynəb "OD PÜSKÜRDÜ": "Vəfa mənim üçün qapısı döyüləcək insan deyil" - VİDEO

Hazırda oxunan: Zeynəb "OD PÜSKÜRDÜ": "Vəfa mənim üçün qapısı döyüləcək insan deyil" - VİDEO

125077

"Mən Nəfəsdən küsməmişəm. O məndən küsüb. Heç kimdən  küsməmişəm ki, gedib barışam. Dedi-qodular olub, o da bu səbəbdən məndən küsüb".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Duet ortağı Nəfəsin ondan küsüb, incidiyini söyləyən sənətçi düşmən kəsildiyi həmkarı Vəfa Şərifovanın adını nə çəkmək, nə də eşitmək istədiyini vurğulayıb:

"O qızın (müğənni Vəfa Şərifova - red.) adını çəkmirəm. Onunla rəfiqə olmamışam. Nəfəsin xətrini çox istəyirəm. Nəfəslə tədbirlərdə də görüşürük. Yaxın zamanda onunka birgə xarici ölkəyə səfərimizdə var. O qız (Vəfa - red.) mənim ünvanıma daş atdı və heç də düzgün etmədi. Çox lazımsız bir şeylər idi. Mənim üçün önəmli olan insanla küsmürəm. O, qapısını döyüləcək adam deyil mənim üçün. Elə qapılardan keçsəydim, çoxdan əyilib keçmişdim. Amma o qızın deyəsən heç qapısı da yoxdur. Mən onu tanımıram. Deyir ki, güya ki, o məşhur olanda mən məşhur olmamışam. Kimsə mənə dəstək olub.

Cavab olaraq söylədim ki, mənə dəstək olan insanları heç zaman unutmamışam. Bu camiyadə isə mənə dəstək olan həmkarlarım Vasif Əzimov və Talıb Tale olub. Onların heç biri ilə duet oxumasam da, yenə də yaxşılıqlarını unutmaram və haqqı itirmərəm. Mənə açılan yolları heç zaman itirmərəm"
Qeyd edək ki, bir müddət əvvəl Zeynəb Həsəni qonaq olduğu “7 canlı” axşam şousunda həmkarı Vəfa Şərifovanı Nəfəslə duet oxuduğuna görə, “ağ yuyub, qara sərib”. Buna səbəb isə Vəfanın Nəfəsə “Zeynəblə duet oxuyacaqsansa, mənimlə oxuma” sözləri olub.   
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO