Təranə həbs olunmazdan əvvəl Kərimə NİYƏ ZƏNG EDİB? - VİDEO 

Təranə həbs olunmazdan əvvəl Kərimə NİYƏ ZƏNG EDİB? - VİDEO 

Hazırda oxunan: Təranə həbs olunmazdan əvvəl Kərimə NİYƏ ZƏNG EDİB? - VİDEO 

125048

"Təranə (prodüser Təranə Səmədova - red.) nömrəmi axtarıb, tapıb. Hətta birinci dəfə onun səsini eşidəndə "adboy" verdim. İkinci dəfə zəng elədi, yenə "adboy" verdim. Çünki onunla danışmaq istəmirəm. Mən o qadından çəkdiyimi çəkmişəm. Amma gördüm ki, insan çox pis vəziyyətdədir. Vəziyyəti göz önündə idi. Medianın bilmədiyini biz bilirdik. Bacardığım qədər əl tutdum".

Bizim.Media xəbər verir ki, bu sözlər müğənni Kərim Abbasov "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi keçmiş həyat yoldaşı, hazırda isə ikinci dəfə həbs olunan prodüser Təranə Səmədovadan söz açıb. Kərim bildirib ki, o, prodüser həbs olunmazdan əvvəl onun iki qız övladına xatir Təranəyə əl tutaraq, 1500 manat yardım edib:
"Təranə balasının adını çəkdi. Balalarına xatir ona əl tutdum. Söylədi ki, övladlarımın vəziyyəti pisdir. Buna görə əl tutdum və tutmalıyam. Ona 1500 manat məbləğində maddi yardım etmişəm. Amma keçmişdə olan elə keçmişdə qaldı. Yaram ürəyimdədir. Allah xatirinə insanın vəziyyəti pis olub, əl tutmuşam.

Yənə də deyirəm bunu özünə görə deyil, məhz uşaqlarına xatir etdim. Maddi və mənəvi dəstəyimi hər zaman gəstərməyə hazıram".

Abbasov müsahibəsində Səmədovanın tezliklə azadlığa çıxıb, övladlarına qovuşmasını istəsə də, lakin ona heç zaman halallıq verməyəcəyini dilə gətirib.

"Allah qapısını açsın. Bu qədər... Bir tək ürəyim onun balaları üçün yandı. Özünə görə isə ürəyim yanmadı. İnsan ağılsızlıq elədi. Bacardığım qədər də Təranə həbsdən çıxana kimi övladlarının yanında olacağam. O sevinsin ki, çəkdirdiklərini indi çəkir. Vay o günə ki, qalsın axirətə, qəbir evinə. Tək mənə, Rəqsanəyə deyil... Təranə çox adamlara çəkdirib. Amma yenə də Allah onun qapısını açsın.

İnsanlar bu sözlərimə görə məni pis başa düşməsin. Bizim ondan çəkdiyimizi onlar çəkməyib. İndi də oturub onun mənə elədiklərini danışsam hönkür-hönkür ağlayaram. Mən Təranəyə halallıq vermirəm. Bu, mümkün deyil. Kömək və dəstək olmağa isə hazıram".
Qeyd edək ki, Kərim illər əvvəl Təranə Səmədova ilə ailəli olub və cütlük qalmaqallı şəkildə boşanıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO