Afaq Bəşirqızı:

Afaq Bəşirqızı: "Ata, bu günə qədər qalan ömürünü mənə etibar etdin" - FOTO 

Hazırda oxunan: Afaq Bəşirqızı: "Ata, bu günə qədər qalan ömürünü mənə etibar etdin" - FOTO 

125028

Bu gün mərhum Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 98 ili tamam olur.

Bizim.Media xəbər verir ki, valideyninin məzarını ziyarət edən Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

"Martın 11-də Azərbaycanın görkəmli teatr xadimi Bəşir Səfəroğlunun 98 yaşı tamam oldu. Ad günün mübarək, atam. Bu 98 ilin 44 ilini Azərbaycan mədəniyyəti üçün hər şey etdin. Yaşadın, yaratdın. Bu günə qədər qalan ömrünü isə mənə etibar etdin. Çox sağ ol, ata. Bilmirəm, sənin ömrünü necə yaşadım. Mən bu illər ərzində səni yaşatmağa, sənin yoxluğunu hiss etdirməməyə, yarımçıq qalmış yolunu davam etdirməyə çox çalışdım...", - deyə A.Bəşirqızı qeyd edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO