CeyLo ilə Ben 34 milyonluq malikanəni 64 milyonluqla ƏVƏZLƏDİLƏR - FOTO

CeyLo ilə Ben 34 milyonluq malikanəni 64 milyonluqla ƏVƏZLƏDİLƏR - FOTO

Hazırda oxunan: CeyLo ilə Ben 34 milyonluq malikanəni 64 milyonluqla ƏVƏZLƏDİLƏR - FOTO

124722

Dünyaca məşhur Cennifer Lopez və Ben Afflek cütlüyü həm kədər, həm də sevinc içində yaşayacaqları ailə yuvası axtarmağa davam edir. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, bir ay əvvəl cütlük Los-Ancelesin Sakit Okean Palisades bölgəsində 34 milyon dollara malikanə almaq üçün müqavilə imzalayıblar, lakin sonda razılaşmadan imtina ediblər. 

Buna səbəb isə cütlüyün daha bahalı yeni mülkü bəyənmələri olub. Aşiqlərin çox bəyəndiyi ev isə 64 milyon dollara satılır. 
Ben və CeyLo 64 milyon dollarlıq dəbdəbəli evə aşiq olublar. Mülk onların bəyəndikləri digər malikanə ilə eyni ərazidədir, lakin daha lüksdur. 
 
1500 kvadratmetrlik malikanədə səkkiz yataq otağı, on bir vanna otağı, idman zalı, kinoteatr və oyun otağı var. 

Bundan əlavə, mülkün 46 hektar ərazidə qonaq evi, geniş həyəti, hovuzu və açıq kaminli istirahət zonası var. Və mələklər şəhərinin panoramik mənzərəsi. 














Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO