Aparıcı Vüsalə Əlizadə paytaxtın müxtəlif yollarında aparılan söküntü işlərinin aparılmasından gileylənib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu günorta vaxtı yolda aparılan bərpa işlərinin görüntülərini çəkərək, narazıçılığını bildirib.
“Günün günorta çağı bu nə deməkdir? Bir qarış yeri qırlayacaqlar deyə, 1 saat 10 dəqiqədir tıxacda nəfəsimiz kəsildi! Zatən stresli həyatımız bitmir, bu yollardan çəkdiyimiz nədir? Bu işə müəyyən bir saat ayrıla bilməz? Kim haranı istəyir sökür, boğaza yığıldıq”, - deyə Vüsalə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media