“Avroviziya”ya gedən zaqatalalı qardaşlar: “Allahım, bütün bunlar baş verir” - VİDEO

“Avroviziya”ya gedən zaqatalalı qardaşlar: “Allahım, bütün bunlar baş verir” - VİDEO

Hazırda oxunan: “Avroviziya”ya gedən zaqatalalı qardaşlar: “Allahım, bütün bunlar baş verir” - VİDEO

124610

Xəbər verdiyimiz kimi, ölkəmizi bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Zaqatala bölgəsindən olan Tural və Turan Bağmanov qardaşları təmsil edəcək. 

Bizim.Media xəbər verir ki, kiçik yaşlarında atalarını itirən qardaşlar haqqında “İTV”nin efirində videosüjet yayımlanıb. 

Onlar müsahibələrində bildiriblər ki, musiqi məktəbinə getmədikləri üçün musiqi savadları yoxdur: 

“Biz 2000-ci ildə Zaqatala şəhərində anadan olmuşuq. Ailədə azad böyümüşük. Musiqi məktəbinə getməmişik. İlk dəfə fortepiano ilə tanışlığımız təhsil aldığımız  Telman Yunusov adına Yuxalı Tala Kənd 2 nömrəli tam orta məktəbdə olub. Hansı ki, o fortepiano bizə o qədər maraqlı gəlmişdi ki, dərslərdən yayınaraq gizlində mahnılar öyrənməklə məşğul olurduq.

İnstrumental savadımızın təməlini məhz məktəbdəki pianoya borcluyuq deyə bilərik. Atamız görəndə ki, musiqidən əl çəkmirik, bizə ikinci əl sintezator aldı. Sonra isə gitarada ifa etməyi öyrəndik. Dəhşətli ekstrim və əyləncəli bir yeniyetməlik dövrü keçirdiyimizi düşünürəm”. 
Bağmanov qardaşları “Avroviziya”nın milli seçim turlarına qatılmaqları ilə bağlı isə bunları söyləyib: 

“Instagram” sosial şəbəkə platformasında olan hesabımda “İctimai” televiziyanın səhifəsində yayımlanan video qarşısıma çıxdı. Videoda hər kəs “Avroviziya”ya gedə bilər, sadəcə özünüz yazan mahnını göndərin kimi cümlələr vardı. Özümüz üçün yazılmış mahnının “demo” versiyasını göndərdik.

Geri dönüş edəcəkləri barəsində düşünmürdük. Yarışmanın bitməsinə üç-dörd gün qalmış mahnımızı göndərdik. O qədər insanın içindən seçildik və sonra qalan beş nəfər namizədin içində olduq. Rəqiblərimiz çox güclü idi. Bu yolda bizi dəstəkləyən və inanan hər kəsə təşəkkürümüzü bildiririk”. 

Tural və Turan sosial şəbəkə hesabında Azərbaycanı təmsil edəcəkləri ilə bağlı sevinc hisslərini bu sözlərlə dilə gətiriblər: 

“Hansı hissləri keçirdiyimizi izah edə bilmirik. Bir onu bilirik ki, çox sevincliyik. Dəstək olan hər kəsə dərin sevgilərimizi göndəririk. Allahım, bütün bunlar baş verir” deyə paylaşımda yazıblar. 

Qeyd edək ki, “Avroviziya 2023” beynəlxalq mahnı yarışması bu il 9-13 may tarixlərində Ukraynanın adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. 

 





Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO