Könül Kərimova villasını KULİNARİYA EVİ EDİB - VİDEO

Könül Kərimova villasını KULİNARİYA EVİ EDİB - VİDEO

Hazırda oxunan: Könül Kərimova villasını KULİNARİYA EVİ EDİB - VİDEO

124425

"İllər əvvəl almaq istədiyim təmirsiz, hazır tikili evin təsadüfən yanından keçdim. Köks ötürdüm ki, Allah bilir nə zaman belə bir evi ala bilərəm.  Və qayıtdım yaşadığım üç otaqlı köhnə binadaki evimizə. Ailə üzvlərimdən də elə oldu ki, həmin evin yanından keçiblər. Dedilər ki, belə bir ev gördük, kaş bizim də nə vaxtsa belə bir evimiz olaydı. O ev isə bahalı idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist qonaq olduğu "Günün sədası" verilişində deyib.

Sənətçi illər əvvəl çox çətinliklə aldığı evdən söz açıb. Kərimova bildirib ki, evi almaq üçün bir sıra həmkarlarına ağız açıb. Onlar da sənət yoldaşını naümüd qoymayıblar:

"O zamanlar mən toylara gedirdim. Allah rəhmət eləsin, mərhum müğənni Məhəbbət Kazımov ilə iş birliyimizi bitirib, Cəbbar Musayevlə çalışmağa başlamışdım. İki-üç il ərzində pullarımı dama-dama yığmışdım. Pulumun təxmini hesabını bilirdim. Hər zaman əziyyətlə pul qazanmışam və ona görə də o pulların qədrini bilirdim. İsrafçılığı isə heç zaman sevməmişəm.

O zamanlar qızlar arasında "lotoreya" oynayırdıq. Birdən iki və üç nömrəyə girmişdim. Artıq bilirdim ki, iki-üç ay ərzində filan məbləğdə pul götürəcəyəm. Hesabladım və səkkiz min manat pul elədi. Sonra ev alqı-satqısına zəng vurdum. Qaldığımız üç otaqlı təmirli köhnə binadaki evi isə 22 min manata yenicə almışdım. Alqı-satqıya söylədim ki, bu evi satsam mənə nə qədər pul verərlər. Dedilər ki, 50 min manat. Təsəvvür edin ki, bir ildə evimizin qiyməti iki dəfə bahalaşıb.

Bu da Allahın bir möcüzəsi idi. Sual verdim ki, o evi almaq üçün nə qədər pul çatmır? Cavab olaraq isə söylədilər ki, azca pul çatmır. Onu da həmkarlarım Elşad Qarayev, Cabbar Musayev, yanımda bir yerdə oxuyan Gülnarə adlı qız verdi. Onlar dedilər ki, biz sənə kömək edə bilərik. Əllərini cibinə atıb, kimin nə qədər pulu var idisə onu da qoydular ortalığa. İnan ki, onlar yardım edərək həmin evin məbləğini toplaya bildim".

Proqramın gedişatında verilişin aparıcısı Nanə Ağamalıyeva bildirib ki, Könül Kərimova həmkarlarının dəstəyi və yardımı ilə aldığı daşınmaz əmlakı kulinariya evi edib. Könül isə Nanəyə qarşılıq verərək, həmin evdə ləzzətli təamlar bişirildiyini açıqlayıb:

"Bilirsiniz ki, mətbəxi, biş-düşürü çox sevirəm. Düşünürdüm ki, nəsə bir kulinariya ilə bağlı bir şeylər yazacağam. Məsləhət olaraq isə mənə dedilər ki, yazmaqdansa kilinariya evi aç. Görməkdən əlavə həm də ləzzətlə dadsınlar. Elə o gün, bu gün düşündüm ki, niyə də olmasın?!

Məhz aldığım o evi kulinariya evi etdim. O evin sahibi satanda söylədi ki, qızım qorxma, sən bu addımı at və evi al,  sənin nəvələrin və nəticələrin bu evdən su içəcəklər. İnanın ki, artıq həmin insanın söylədiklərinin zamanı gəlib çatıb".

Qeyd edək ki, Könül Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Cütlüyün Rəşad və Ləman adlı iki övladı var.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO