Ranarın qapısına papaq atan uşağa Röya 100 manat verdi - VİDEO

Ranarın qapısına papaq atan uşağa Röya 100 manat verdi - VİDEO

Hazırda oxunan: Ranarın qapısına papaq atan uşağa Röya 100 manat verdi - VİDEO

124343

Xalq artisti Röya Ayxan "Yel çərşənbəsi"ni qeyd etmək üçün "Dəli kimi" adlı konsertinin rejissoru olmuş aparıcı Ranar Musayevin evinə yollanıb.

Bizim.Media xəbər verir ki, masa arxasında əyləşən ikili söhbət etdiyi zaman qapıya "Novruz" bayramı adəti üzrə papaq atılıb.

Tələsik qapını açan Röya əlində papaq tutan azyaşlı oğlanı görüb.

Röyanı görən oğlanın dili-dodağı quruyub və qapıdan uzaqlaşmağa cəhd göstərib.

Lakin Xalq artisti uşağın getməsinə icazə verməyib. O, papağı alaraq içini qoz-fındıq və digər çərəzlərlə doldurub. Diqqət çəkən məqam isə papağı dolduran zaman müğənninin ora 100 manat pul qoyması olub. Papağı oğlana sarı uzadan Röya onu qucaqlayaraq üzündən öpüb və Novruz bayramını təbrik edib.

Azyaşlı papağın içində 100 manatı gördüyündə təəccüblənib və pulu qaytarmağa çalışıb. Pop ulduz isə "Əsla pis başa düşmə. O pula ürəyin nə istəyir al və kimin evində Novruz şirniyyatlarından yoxdursa, onların qapısını döy, ora qoy. Rica edirəm səndən. Oğlum Hüseynin adından. Xahiş edirəm, ağlayacağam indi" deyib və onu yola salıb.

Daha sonra Röya Ranara inanclardan da söz açıb:

"Əgər bir evə qonaq uşaq gələrsə, ona qızıl bilərzik bağışlamaq lazımdır. Hədiyyə vermək lazımdır. Bu qapıya uşaq gəldi. Mən də qızıl ala bilməmişəm. Ona görə də onun əlinə "Qoz-fındıq sənin idi", mənim də üstümdə kiçik bir şey vardı (verdiyi 100 manat pul - red.) dedim bunu verim. Bayramınız mübarək".

Ranar Musayev həmin yaşanan anları anbaan çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Həmin videonu oxucularımıza təqdim edirik:

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO