Gülaydan ETİRAF: “Nə yaxşı ki, o insan övladımın atasıdır” - VİDEO 

Gülaydan ETİRAF: “Nə yaxşı ki, o insan övladımın atasıdır” - VİDEO 

Hazırda oxunan: Gülaydan ETİRAF: “Nə yaxşı ki, o insan övladımın atasıdır” - VİDEO 

123726

“Şəxsi həyatım, ailəm mənə aiddir. Heç kimə aid deyil. Qoy tamaşaçılar hər zaman sənətimdən, gördüyüm işlərdən danışsınlar. İnsanlara maraqlı deyil kiminsə şəxsi həyatı, kim nə etdi, nə iş gördü”.   

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı “Şou xəbər” verilişinə müsahibəsində deyib.  

Sənətçi fitnes məşqçisi olan həyat yoldaşı Kamil Zeynallı ilə aralarında uzun müddətdir gəzib-dolaşan boşanma iddialarına da aydınlıq gətirib:  

“Nə yaxşı ki, o insan övladımın atasıdır. Kamili hamı tanıyır. Azərbaycanda iki “trener” varsa, onlardan biri Kamil Zeynallıdır. Həm işi, həm də elədiyi yaxşı əməllər baxımından. Çox gözəl münasibət dostluqdan da ötəridir. Bəzən elə dostluqlar var ki, bir müddətdən sonra ötür keçib, gedir. Amma normal münasibət, o daha gözəldir”.  

Müsahibənin sonunda isə Gülay özünü parlayan ulduzlar siyahısında görmədiyini etiraf edib:  

“Mən o ulduzlardan deyiləm. Sönmüşəm artıq”.  

Qeyd edək ki, Gülay və Kamil Zeynallı cütlüyünün Sahilə adlı qız övladı var.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO