“2017-ci ildən “Xəzər TV”də çalışdım. 2020-ci ildə müdiriyyət dəyişdi və Murad Dadaşov gəldi. Danışırdı ki, işlərini bəyənirəm. Daun sindromlu uşaqla bağlı serialı Murad Dadaşov çox bəyənmişdi. İki müqavilə bağlamışdıq: dram və komediya serialı. Komediya serialını estetik çəkmək istəyirdim. Həmişə deyilirdi ki, niyə düşündürücü yox, yüngül zarafatlar çəkirsiniz? Bu, onlara cavab idi. Sonluğu tərbiyəli cümlələrlə bitirdim. Estetikanı isə, Rusiyanın “Kuxnya” serialından götürmüşdüm”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor, rejissor Ramin Hacıyev qonaq olduğu “YouTube”da yayımlanan “Birinci TV”yə müsahibəsində deyib.
Rejissor “Xəzər Media Mərkəzi”nin rəhbəri, Xalq artisti Murad Dadaşovla aralarında yaşanan qalmaqaldan söz açıb.
Hacıyev bildirib ki, Dadaşov ona serial sifarişi versə də lakin sonradan bu istəyindən vaz keçib:
“Bir bölüm çəkdim, çox bəyəndi. Dedi ki, aktyorları dəyiş. Sonra yenə dəyişiklik istədi. Kanalın baş prodüseri Toğrul Məmmədov da nəyisə dəyişməyimi istədi, əlavələr tələb etdi. 10 aktyordan 3 nəfər qaldı, 7-si dəyişildi. Bahalı serial alındı. Günü 400 manata olan “Zil” maşın kirayə götürmüşdüm. Müqavilə də bağlamışdım. Üstünə də bir 10 bölüm çəkdim. Sonra dedi ki, götürmürəm, bir çox bəhanələr gətirdi ki, pulum yoxdur, aktyorlar zəifdir, geyim o deyil... Onun dediyi aktyorları seçmişdim. Hər şey bəhanə edəndən sonra dedi, almıram. Ondan sonra səhhətim pisləşdi. Hələ 32 bölüm sifariş olunmuşdu. Hər bölümə 1500 manat verirdi”.
Ramin həmçinin əlavə edib ki, o serialın xərclərini ödəmək üçün Gəncədəki evini satıb:
“Bu işə canla-başla Gəncədəki evimi satıb, pul qoydum. Əslində elə məqam var idi ki, istədim mübahisə edəm, şişirdəm. Çünki çox əziyyət çəkmişdim. 50 min pul, işimi, səhhətimi itirdim. Yanımda yaxşı dostlarım var idi. Elməddin Cəfərov dəstək oldu. Fiziki vəziyyətim çox pis idi.
Hətta xəstəxanaya düşdüm, amma yenə də Murad Dadaşov serialı götürmədi. Münasibətimiz əvvəl yaxşı idi, çəkdiyim film bayağı deyildi. Normal bir iş idi. Müharibə vaxtı idi, nə mən, nə kanal rəhbəri o hayda deyildi. Səsimi çıxartmadım, düşündüm ki, nə vaxtsa, qarşılaşarıq, danışarıq. Mövzu bağlandı... Bir il işləmədim. Pandemiyada iş yox idi. Səhhətimlə bağlı da işləyə bilmirdim. Ondan-bundan pul aldım. Ailəmi dolandırmağa, borc qaytarmağa dostlar yardım etdi. Heç kim demədi ki, qaytar. İndiyənə kimi bir manatını da qaytarmamışam”.
Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı “Xəzər” televiziyasının ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımovaya əlaqə saxlayıb.
Telekanalın sözçüsü bildirib ki, məsələ ilə bağlı mətbuata geniş açıqlama veriləcək.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:50 / 01.03.2023
Məşhur rejissor: “Murad Dadaşova görə evimi satdım” - VİDEO
Hazırda oxunan: Məşhur rejissor: “Murad Dadaşova görə evimi satdım” - VİDEO
Hazırda oxunan: Məşhur rejissor: “Murad Dadaşova görə evimi satdım” - VİDEO
123206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.