Gülşənin yenidən həbsi İSTƏNİLDİ 

Gülşənin yenidən həbsi İSTƏNİLDİ 

Hazırda oxunan: Gülşənin yenidən həbsi İSTƏNİLDİ 

123189

Türkiyənin pop ulduzu Gülşən haqqında prokuror yenidən həbs qərarı çıxarılmasını istəyib. 

Bizim.Media xəbər verir ki, yenidən başlayan məhkəmə prosesində çıxış edən prokuror Gülşen Çolakoğlunun “xalqı nifrət və düşmənçiliyə sövq etmək və ya onları alçaltmaq” cinayətini törətdiyini bildirərək, onun 1 ildən 3 ilədək azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə pop ulduzun vəkillərinə rəyə qarşı müdafiəni hazırlamaq üçün vaxt verib.

Gülşənin oktyabrın 21-də hakim qarşısına çıxarılcağı gözlənilir. 

Qeyd edək ki, ötən ilin aprel ayında konsertində söylədiyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözlərinə görə G.Çolakoğlu avqustun 25-də həbs edilib. O, özünü günahkar hesab etməyib. Bir müddətdən sonra müğənni ev həbsinə buraxılmışdı və o ailəsi ilə Avropaya getmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO