"Qurd"un pianoçu xanımı ilə ROMANTİK FOTOSESSİYASI 

Hazırda oxunan: "Qurd"un pianoçu xanımı ilə ROMANTİK FOTOSESSİYASI 

123088

"Qurd" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə ilə birlikdə yeni fotosessiya etdiriblər.

Bizim.Media xəbər verir ki, cütlük qara geyimdə qapalı məkanların birində obyektiv qarşısına keçiblər.

Aşiqlər şəkillərdə romantik pozları ilə diqqət çəkiblər. Leyla "Black to black" şərhi altında yeni fotosessiyasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Cütlük ötən ilin iyulunda valideyn olublar. Onların qız övladı dünyaya gəlib. Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO