Miri Yusif:

Miri Yusif: "Ailəm, kürəyimi söykəyəcəyim güclü qaladır" – FOTO 

Hazırda oxunan: Miri Yusif: "Ailəm, kürəyimi söykəyəcəyim güclü qaladır" – FOTO 

122894

Xalq artisti Miri Yusif ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Nərgiz xanım və üç övladı ilə birlikdə obyektiv qarşısına keçib.  

Yeni fotosessiyanı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Miri Yusif paylaşımına bu sözləri yazıb:  

"Ailə sözü deyilən zaman ağlıma yalnız güvən, hüzur və sevgi gəlir. Həyatım yalnız ailəmin verə biləcəyi qarşılıqsız sevgi ilə canlanır və ancaq o zaman həyatın dadını çıxara bilirəm. Rahatlıqla kürəyimi söykəyəcəyim güclü qaladır - ailəm".  

Xatırladaq ki, Miri Yusifin ailəlikcə çəkilən fotolarının müəllifi peşəkar foto və videoqraf Əli Fərhaddır (Ali Farkhad).  

Qeyd edək ki, Miri Yusifin həyat yoldaşı Nərgiz xanım və üç övladı uzun müddətdir Türkiyənin İzmir şəhərində yaşayır. Onlar COVID-19 pandemiyası zamanı Vətəndən İzmirə köçüblər.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO