Nigar Camalın avtomobilinə hücüm edən şəxs DANIŞDI: “Nalayiq ifadələr işlətdi” - VİDEO

Nigar Camalın avtomobilinə hücüm edən şəxs DANIŞDI: “Nalayiq ifadələr işlətdi” - VİDEO

Hazırda oxunan: Nigar Camalın avtomobilinə hücüm edən şəxs DANIŞDI: “Nalayiq ifadələr işlətdi” - VİDEO

122843

Xəbər verdiyimiz kimi, yolda bir şəxs müğənni Nigar Camalın avtomobilinə hücüm edərək, güzgüsünü sındırıb. 

Bizim.Media xəbər verir ki, həmin şəxs sosial şəbəkədə baş verən hadisə ilə bağlı videoaçıqlama yayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO


Şəxs bildirib ki, Nigar Camal onun ünvanına təhqirlər səsləndirib: 

“Sosial şəbəkədə Nigar Camal tərəfindən video yayılıb. Uzun müddət dövlətə xidmət etmişəm. Qadına, kişiyə necə hörmət edilməlidir gözəl bilirəm. Həmin xanım siqnal verdi, pəncərəni endirdim ki, nə olub? Nalayiq ifadələr işlətdi. Onu mən dilimə gətirmək istəmirəm. Yaxınlaşdım ona, gördüm video çəkir. Bildim ki, paylaşacaq. Qarşısını kəsdim, pəncərəsini döydüm ki, nə olub, niyə video çəkirsən? Deyirəm, qadındır, çıxıb getsin, amma maşınımı videoya niyə çəkirsən? Soruşanda isə sürüb qaçdı. Mən də əlimi güzgüsünə atdım, güzgüsü sındı. İndi heç kim demir, niyə maşından düşdü, güzgünü vurdu. Söhbətin içini bilmədən danışırsınız”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Nigar Camalın avtomobilinə görə həmin şəxsin saxlanıldığını bildirib.  

Qeyd edək ki, iki gün öncə saat 16:39 radələrində 28 may metrosuna yaxın ərazidəki yolda gedərkən bir şəxs Nigar Camalın avtomobilinin qarşısını kəsərək pəncərəni açmasını istəyib.

Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO