Mehriban Xanlarova efirdə iki bəylə söz savaşına çıxdı - VİDEO

Mehriban Xanlarova efirdə iki bəylə söz savaşına çıxdı - VİDEO

Hazırda oxunan: Mehriban Xanlarova efirdə iki bəylə söz savaşına çıxdı - VİDEO

122839

Əməkdar artist Mehriban Xanlarova canlı efirdə əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, “Bizimləsən” ictimai-sosial verilişində ekspert qismində iştirak edən sənətçi proqrama evlənmək üçün pənah gətirən iki yaşlı bəyin bir-birinə ünvanlandığı təhqirləri başlarına qaxınc edib. 

“Biri deyir ki, sənə qoyun otardaram. Digəri isə ona cavab olaraq, sənin kimilərinə əski ilə döşəmə sildirtmişəm.

Çoban əgər qoyun otarırsa, pis insandır? Siz kiməsə döşəmə sildirtmisinizsə, niyə sildirtmisiniz? O şəxs sənin deyil, hökümətin işçisidir. Bu işi görmək heç də ayıb deyil.
Süpürgəçilik, döşəmə silmək, qoyun otarmaq ayıb iş deyil. Bu sözləri işlətmək lazım deyil. Siz (söz savaşına çıxan yaşlı bəyə deyir – red.) çox acıdil, özünü bəyənmiş bir kişisiniz. Özünüzdən elə razısınız ki, sanki bütün dünyanı siz yaratmısınız. Mən sizə icazə vermirəm ki, mənə “Ma (mənə - red.) cavab ver” sözünü deyəsiniz”, - deyə M.Xanlarova vurğulayıb. 

Aktrisanın bu sözlərinə qarşı tərəf “Sizə xadimə deyib, get döşəmə yu, desəm, necə reaksiya göstərərsiniz?” sualı Mehriban xanımı daha da hiddətləndirib. 

Xanlarova “Lazım gəlsə, süpürərəm də, yuyaram da... Mənim üçün əskik bir iş deyil. Bu məsələni şişirdib qabardırsınız” cavabını verib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO