Nigar Camal polisə çağırıldı – FOTO/VİDEO

Nigar Camal polisə çağırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Nigar Camal polisə çağırıldı – FOTO/VİDEO

122812

Xəbər verdiyimiz kimi, iki gün əvvəl müğənni Nigar Camalın avtomobilinə yolda hücüm olunub. Sənətçinin avtomobilinə hücüm edərək, yan güzgüsünü sındıran şəxs polis tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Nigar sosial şəbəkədə paylaşım edərək, hüquq-mühafizə orqanlarına təşəkkürünü ünvanlayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO


“Ötən gün şikayətimdən sonra məsələ dərhal nəzarətə götürüldü. Bu gün isə izahat və şikayət ərizəsi yazdım.

Hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir. Məsələyə düzgün hüquqi qiymət veriləcəyindən əminəm. Belə həssas bir məsələdə yardım əlini gözlədiyimdən də tez uzatdığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına, həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Azərbaycan xanımına və vətəndaşına yüksək dəyər nümayiş etdirdikləri üçün minnətdaram”.  



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO