“Caspian Clan” ləqəbi ilə məşhurlaşan repçi Emil Hüseynov Əməkdar artist Nəcibə Hüseynovanın oğlu olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda “Səhər mərkəzi” verilişində məlumat verilib.
N.Hüseynova qonaq olduğu proqramda oğlu ilə bağlı etirafları ilə diqqət çəkib:
“İndi rep janrına daha sadə baxırlar. Artıq hamı sakitləşib. Onlar rep deməyə başlayanda çox pis qarşılanmışdı. Deyirdilər ki, bu nədir, bizə yad olan şeydir, nəyə lazımdır, meyxana var. Amma rep tamam başqa janrdır. Bir-iki dəfə cəhd göstərdi, nəyisə yazdı. Yaşına uyğun olaraq, sevgidən rep yazdı. Oğlum “Sən gəlməz oldun” mahnısının musiqisi üstündə rep yazdı və dedi. Keçmiş “Dəyirman” qrupu da oğlumla eyni dövrdə çıxdı. Biz bir yerdə işləmişik. “Dəyirman”ın üzvləri Rusiyanın hansısa şəhərinə getmişdilər.
İndi yadımda deyil. Dedi ki, orada taksiyə mindik. Sürücü musiqiyə səs verdi. Qulaq asanda gördük ki, Emil “Sən gəlməz oldun” oxuyur. Sürücü dedi ki, görürsən qardaş necə oğlan rep oxuyub. “Dəyirman”çılar söylədilər ki, matımız qurudu ki, biz özümü dağıdırıq, nə qədər işləyirik, bizə qulaq asmırlar. Bu dünən başlayıb, iki kəlimə söz yazıb, buna qulaq asırlar. Dedim ki, mövzusu elədir ki, hamıya yaxındır. Yavaş-yavaş mən də oğluma görə sakitləşdim. Bu da onun bir məşğulliyətidir”.
Rəşad Əliyev, Bizim.Media