"Bir çoxları bizi qınadı. Düşünmədən danışdılar, cahildirlər, qınamıram. Tərəfini saxlayıb, yazırdınız ki, yazıqdır, kasıbdır, yaxşı edib götürüb, haram puldur. Ailəmə bu günə kimi haram pul yedizdirməmişəm. Tərəfini saxladığınız şəxs qumar oyunlarının fəal iştirakçısıdır. Bütün pulunu, hər şeyini qumarda uduzan biridir. Nərimanov Rayonu Polis İdarəsi həmin şəxsi zərərsizləşdirdi".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlama deyib.
Həyat yoldaşı Anar Heydərovun avtomobilindən 15 min manat pulu oğurlanan sənətçi həmin şəxsin polis tərəfindən saxlanıldığını bildirib:
"Həmin insan mənə instaqramda kart atıb və yazıb ki, anam xəstədir, pul göndərin. Həmin mesajı görməmişdim, polis göstərdi. Nə oldu, pul ona halal idi? Ondan-bundan pul alıb, qumara verir. Özünüzün 1 manatı getsə, ürəyiniz dayanar. Qazandığım pullar haramım yox, halalım olar. Zəhmət çəkib, qazanmışam, halal pulumdur".
Rəşad Əliyev, Bizim.Media