Keçmiş qayınanasının Şakiraya göstərdiyi şiddət görüntüləri GÜNDƏM OLDU - VİDEO 

Keçmiş qayınanasının Şakiraya göstərdiyi şiddət görüntüləri GÜNDƏM OLDU - VİDEO 

Hazırda oxunan: Keçmiş qayınanasının Şakiraya göstərdiyi şiddət görüntüləri GÜNDƏM OLDU - VİDEO 

122426

"Barselona" və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pikenin anasının keçmiş həyat yoldaşı Şakira ilə mübahisə etdiyi video dünya mətbuatının gündəmini alt-üst edib.  

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, 7 il əvvəl baş verən hadisənin gizlin çəkilən video görüntüləri sosial mediaya indi sızıb.  

Məşhur müğənninin qayınanası ilə münasibəti çox gərgin olduğu kadrlardan aydın görünür.

Görüntülərdə futbolçunun anası Montserrat Bernabeu Şakiraya emosional olaraq nə isə ifadə edib barmağı ilə susmalı olduğunu göstərir, sonra isə onun üzündən tutur.  

Pikenin baş verənləri sakitcə izləməsi isə diqqətləri cəlb edib. 

Sosial şəbəkələrdə viral olan həmin görüntülərlə bağlı nə pop ulduz,  nə də futbolçu hələ ki, heç bir açıqlama verməyib.  

Qeyd edək ki, 45 yaşlı Şakira və 35 yaşlı Pike 11 illik evlilikdən sonra təxminən iki ay əvvəl rəsmi olaraq boşanıblar.

Keçmiş cütlük hazırda iki oğul böyüdürlər. İspaniya mətbuatının yazdığına görə, boşanmaya səbəb futbolçunun xəyanəti olub. Pike Şakiranı Di Kaprionun keçmiş sevgilisi ilə aldadıb. Pikenin yeni sevgilisi 23 yaşlı Klara Çia Marti hazırda investisiya şirkətində ictimaiyyətlə əlaqələr departamentində çalışır.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO