Dünya pop səhnəsinin ulduzu Şakiraya xəyanət edən İspaniya millisinin sabiq futbolçusu Jerar Pikenin 23 yaşlı sevgili Klara Çia Marti ilə başına iş gəlib.
Bizim.Media xəbər verir ki, cütlük Barselonadakı yapon restoranından qovulub.
Bununla bağlı “TikTok” video platformasında görüntülər yayılıb. Şahidlərin sözlərinə görə, cütlük öz xahişi ilə deyil, sahibinin istəyi ilə restoranı tələsik tərk edib.
İspaniyanın “Marca” qəzetinin yazdığı məlumata görə, restoran qalmaqallı cütlüyə xidmətdən qəti şəkildə imtina edib.
Çünki qurumun sahibi futbolçunun indiki sevgilisi ilə aldatdığı Şakiranın fanatıdır. Yazı müəllifi onu da əmin edir ki, restoranın sahibi şəxsən Klaraya ondan müəssisəni tərk etməsini istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, qız baş verənlərdən hədsiz əsəbləşib və sevgililər məkanı tərk etməyə tələsiblər.
Qeyd edək ki, keçən ilin iyun ayında Şakira və Jerard Pike 11 illik münasibətlərinə son qoyublar. Ayrılığa səbəb futbolçunun tələbəsi Klara Çia Marti ilə xəyanəti olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:11 / 22.02.2023
Pikeni sevgilisi ilə restorandan QOVDULAR - VİDEO
Hazırda oxunan: Pikeni sevgilisi ilə restorandan QOVDULAR - VİDEO
Hazırda oxunan: Pikeni sevgilisi ilə restorandan QOVDULAR - VİDEO
121923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.