“Bu sabah ilk dəfə atasız sabahı açdım. İndi atasız yatmağa hazırlaşıram! Allahdan tək istəyim Ramiz Novruzun yuxuma heç olmasa 1 dəqiqəlik belə olsa, gəlməyini istəyərdim. Məni yalnız yerimdə olan, bu acını yaşayan insanlar tam şəkildə anlayacaq! Sözüm budur ki məlum məsələyə görə bu günlərdə heç cürə sosial şəbəkə haqqında düşünmürəm! İndi sadəcə baxdım və yazılarınızı rəylərinizi gördüm, sadəcə hər kəsə ayrı-ayrılıqda nəsə yaza bilmirəm! Amma yazmağa da məcbur qaldım, hörmətsizlik kimi anlamayın, xahiş edirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz ötən gün dəfn olunan atası, Xalq artisti Ramiz Novruz haqqında sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Atasının yoxluğu ilə barışa bilmədiyini və sarsıntı keçirdiyini bildirən sənətçi bir müddət sosial şəbəkələrdən uzaq qalacağını söyləyib:
“Bir onu deyə bilərəm ki, Allah hər birinizdən razı olsun. Atamı nə qədər sevdiyinizi o qədər hiss etdirdiniz ki, bu mənə və ailəmə ən gözəl təskinlik idi! Bütün Ramiz Novruz yaradıcılığını sevənlər Allah sizdən min dəfə razı olsun! İnanın, çox pisəm! Mən arxa-dayağım olan insanı gözlənilmədən itirdim ki, bu mənə uzun illər travma qalacaq! Hər birinizə təşəkkür edirəm! Həm burada yazan dostlarıma, həm də bu gün yanımda olanlara! Həm teatr kollektivimə, "Komedixana" komandasına, çalışdığım musiqili məkanlarda olan dostlarıma oranın rəhbərliklərinə, hamınıza minnətdaram! Çox güman ki nə burada olacam, nə efirlərdə, nə də səhnədə! Çünki psixoloji mənəvi hər şeydən soyumuşam, açıq və səmimi deyirəm!”.
Qeyd edək ki, Cavidan Novruzovun mədə xərçəngindən əziyyət çəkən atası Xalq artisti Ramiz Novruzov fevralın 20-də müalicə aldığı klinikada saat 23:00 radələrində vəfat edib. Aktyor Qurd Qapısı ərazisində yerləşən məzarlıqda torpağa tapşırılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:47 / 22.02.2023
Cavidan Novruzov: “Atamın bir dəqiqə belə olsa yuxuma girməsini istəyirəm” - FOTO
Hazırda oxunan: Cavidan Novruzov: “Atamın bir dəqiqə belə olsa yuxuma girməsini istəyirəm” - FOTO
Hazırda oxunan: Cavidan Novruzov: “Atamın bir dəqiqə belə olsa yuxuma girməsini istəyirəm” - FOTO
121871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.