Sənətkarlar Ramiz Novruzdan DANIŞDILAR:

Sənətkarlar Ramiz Novruzdan DANIŞDILAR: "Fələk onu bizdən alıb apardı" - VİDEO

Hazırda oxunan: Sənətkarlar Ramiz Novruzdan DANIŞDILAR: "Fələk onu bizdən alıb apardı" - VİDEO

121698

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz ötən gecə saat 23:00 radələrində müalicə aldığı klinikada vəfat edib.

Sənətkarla vidalaşmaq üçün incəsənət nümayəndələri aktyorun mərkəzdə yerləşən evinə axın ediblər.

Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar artist Aybəniz Haşımova mərhum Ramiz Novruzla bağlı xatirələrini Bizim.Media-nın əməkdaşı ilə bölüşüblər:

Sənətkarın qəfil vəfatından sarsılan F.Mütəllimova onun ölüm xəbərindən səhərə kimi yatmadığını dilə gətirib:

"Ramiz müəllimin ölüm xəbərini dünən eşitdim çox pis oldum. Sakitləşdirici dərmanlar içmişəm. Səhərə kimi yatmayıb, onun mənə mesajla göndərdiyi səslərə qulaq asmışam (ağlayır). Hər zaman üzü gülürdü, zarafatlar edirdi. Bilmirəm necə olacaq?  Sonuncu dəfə bir ay əvvəl Ramiz müəllimlə danışmışam.
Hər zaman özü mənə yazırdı. Gördüm ki, artıq ondan mənə zəng gəlmir. Onu narahat etmək istəmədim. Özüm də xəstə olanda bilirəm ki, telefonlara cavab vermək olmur. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin. Çox pisik, üzgünük. Sənət yoldaşımızı, qardaşımızı, yaxınımızı itirdik. Teatrımızın başı sağ olsun".

Mərhum aktyorla bir filmdə çəkildiyini söyləyən Aybəniz Haşımova isə Ramiz Novruzu bu sözləri ilə xatırlayıb:

"Sonuncu dəfə tamaşasına getmişdim. Tamaşa bitəndən sonra onunla görüşdüm. Xəstəliyi ilə bağlı heçnə soruşmadım. Çünki istəmirəm insanların yaralı yerinə toxunum və incidim. Ona görə bu haqda onunla danışmadım. Ramiz müəllim çox arıqlamışdı.

Onun xəstə olması və arıqlaması normal haldır. Çünki özümdə dəfələrlə xəstələnmişəm və buna görə də arıqlamışam. Düşünürdüm ki, Ramiz müəllim sağalacaq. Axşam saatlarında Firəngiz Mütəllimovanın paylaşımını gördüm. Elə səhəri də bu xəbərlə açdım. Çox çətindir. Elə bir dəyərli sənətkarı, dostu itirmək çox ağırdır.
Ramiz müəllimlə bizim tam başqa dostluğumuz vardı. Onunla birlikdə filmdə çəkilmişəm. Onun nə qədər gözəl və səmimi insan olduğunun şahidi olmuşam.

Ramiz müəllim haqda çox danışmaq olar amma təəssüf ki, bu gün artıq onların heç biri onun burada qalması üşün köməyimizə gəlməyəcək. Fələk onu bizdən alıb, apardı. Allah rəhmət eləsin".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO