“Həqiqətən istedadlı gənclər teatra yol aça bilmirlər. Amma axsıyanlar, “əyri-üyrülər” hansısa yollarla gedib teatrda rol oynayırlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva “ATV səhər” verilişinə müsahibəsində deyib.
Sənətkar bildirib ki, tələbələri teatrda iş tapa bilmədikləri üçün məkanlarda klounluq edirlər:
“Kursumda təhsil alan Əliağa Ağayev, Ağasadıq Gəraybəyli kimi çox istedadlı tələbələrim var idi. İndi teatrda deyillər, klounluq edirlər. Çünki hansı teatra üz tutdularsa sual verdilər ki, sənin boyun nə qədərdir? Gənc Tamaşaçılar Teatrına gedəndə direktor ona dedi ki, bu boyunla sənə nə rol verəcəklər, zürafə? Akademik Milli Dram Teatrına gedən bir tələbəyə demişdilər ki, sənin nə boyda boyun var? Dedim ki, oğlum düz deyirlər, burada balaca uşaqlar işləyir. Bu yanaşma heç də düzgün deyil”.
Rəşad Əliyev, Bizim.Media