Türkiyənin məşhur aşpazı Burak Özdemir “Barselona”nın əfsanəvi futbolçusu Ronaldinyonun, Fransanın PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messinin ona bağışladığı imzalı formalarını satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, aşpaz satışa çıxardığı köynəkləri ən yüksək məbləğ ödəyənə verəcəyini açıqlayıb.
Burak imzalı formalardan əldə edəcək pulu Türkiyədə zəlzələdə zərərçəkənlərə bağışlayacağını bildirib:
“Zəlzələnin ilk günündən əlimizdən gələni etməyə çalışıram. Ronaldinyonun Dünya kubokunda mənə verdiyi və Messinin mənim üçün imzalayıb göndərdiyi formaları satışa çıxarıram. Ən yüksək təklifi edib, məbləği "Ahbap", "AFAD" və Qızıl Aypara Cəmiyyətinə verəcəyəm”.
Rəşad Əliyev, Bizim.Media