Rusiyalı müğənninin konsertində ATIŞMA - ANBAAN VİDEO

Rusiyalı müğənninin konsertində ATIŞMA - ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyalı müğənninin konsertində ATIŞMA - ANBAAN VİDEO

121392

"Mot" ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Matvey Melnikovun Moskvanın MEMO barında verdiyi konsertdə atışma olub.

Bizim.Media "Shot" Telegram kanalına istinadən xəbər verir ki, hər şey yeddi nəfərdən ibarət qrupun səhnəyə sənətçinin yanına getməyə çalışması ilə başlayıb.  

Mühafizəçilər onların yolunu kəsərək küçəyə çıxarıb və atəş açılıb.

Narahatlıq edənlərdən biri şəxsi mühafizəçiləri ilə birgə olub. Ondan travmatik tapança götürmək istəyəndə yerə atəş açıb.  

Bundan sonra asayiş keşikçiləri özləri rəisdən silahları alaraq onu qara rəngli “Mercedes”ə mindirərək naməlum istiqamətə gediblər.  

İndi polis dava edən şəxsi axtarır: hələlik kameralar avtomobili izləyə bilməyib, çünki o, bardan çox uzaqda dayanıb.

Məsələ ilə bağlı Mot heç bir şərh verməyib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO