Teymur Əmrah:

Teymur Əmrah: "50-dən artıq yaşım var, gecdir, çox peşmanam" - VİDEO

Hazırda oxunan: Teymur Əmrah: "50-dən artıq yaşım var, gecdir, çox peşmanam" - VİDEO

121332

"Saxta insanlar efirdə oturub dahi bir müğənni, aktyor haqqında danışanda mən orada otura bilmirəm. Saxtalığı sevmirəm, mahnıda da, aktyorluq oyununda da səmimi olacaqsan".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah qonaq olduğu “Söhbət musiqidən gedir” verilişində deyib.

Efirlərə az çıxmasının səbəblərindən söz açan sənətçi bu sənətə gəlməsindən peşmançılıq çəkdiyini bildirib:

"Efirə biz gəlmək istəyirik, niyə istəmirik ki? Biz o dövrdə uşaq olanda efirə gələndə istəyirdik ki, populyar olaq, bizi barmaqla göstərsinlər ki, bu Teymur Əmrahdır. Amma indi elə bir vəziyyətdir ki… Bu yaşdan sonra ayrı sənətə necə gedim? Başqa sənətə yiyələnə bilmərəm, 50-dən artıq yaşım var, gecdir. Amma peşmanam… Çox peşmanam. Bilsəydim, hakim, həkim olardım, amma heyif…".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO