Rəhman Rəhmanovun xanımı: “Bizi ölüm də ayıra bilməz, yerimiz ölən oğlumuzun yanındadır” - VİDEO

Rəhman Rəhmanovun xanımı: “Bizi ölüm də ayıra bilməz, yerimiz ölən oğlumuzun yanındadır” - VİDEO

Hazırda oxunan: Rəhman Rəhmanovun xanımı: “Bizi ölüm də ayıra bilməz, yerimiz ölən oğlumuzun yanındadır” - VİDEO

121220

Xəbər verdiyimiz kimi, ötən həftələrdə Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu “Elgizlə İzlə” ictimai-sosial verilişində 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan ayrıldığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, sözügedən məsələyə aydınlıq gətirmək üçün aktyor və həyat yoldaşı sözügedən proqrama yenidən gəliblər. 

Gülbiçə xanım Rəhman bəyin ayrılıq açıqlamasına belə münasibət bildirib: 

“Günah məndədir və təqsirkar özüməm. Biz ayrılmamışıq. Rəhman bu verilişə gəlirdi. Ona dedim ki, orada çoxlu evlənmək istəyən var. Sən də çıx, özünü o verilişdə sına. Gör səninlə evlənmək istəyən xanım olacaq? Rəhman da gəldi və belə bir açıqlama verdi. Ondan sonra aləm dəydi bir-birinə. Heç yaxşı olmadı. Qısqanclıq yoxdur. 

Biz hər zaman bir yerdə olmuşuq, ömrümüzün sonuna kimi də bir yerdə olacağıq. Bu ay birlikdəliyimizin 29 ili tamam oldu. Hər zaman mehriban olmuşuq, bundan sonra da ömrümüzün sonuna kimi elə də olacağıq. Bizi heç ölüm də ayıra bilməz. Xeyr! Çünki bizim axirət yerimiz də hazırdır. Dünyasını dəyişən oğlumuzun yanında (kövrəldi). Biz heç zaman ayrılmarıq”. 

R.Rəhmanov xanımı ilə ayrılıq məsələsinə bu sözləri ilə nöqtə qoyub: 

“Elgiz (verilişin aparıcısı Elgiz Əkbər – red.) verilişini yekunlaşdıranda ona söylədim ki, bir dəqiqə mənə söz ver, bu məsələnin zarafat olduğunu deyim. Belə bir şeyin olmadığını bildirəcəkdim. O isə söylədi ki, birinci gün verilişə gəlib, bu məsələ ilə bağlı geniş açıqlama verərsən. Elə oldu ki, birinci gün sübh tezdən Türkiyədə zəlzələ oldu və mən efirə çıxa bilmədim. İkinci gün isə artıq gec idi. 

Bir çox saytlar mənim xanımımla ayrılıq açıqlamamı yazıb, xəbər etdilər. Camaat isə elə bildi ki, həqiqətən də mən xanımımdan ayrılmışam. Bu gün həyat yoldaşımla sizin verilişinizə gəlməyimin məqsədi budur ki, bu xəbərin gerçək olmadığını deyim. Mənim yenidən evlənməyim mümkün deyil. O mənə yaraşmaz. Könül sevən göyçək olar. Mənim könlüm Gülbiçəni sevib, vəssalam”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO