Aygün Bəylər: “Ölüm anı yaxınlaşanda övladıma görə qorxdum” - VİDEO

Aygün Bəylər: “Ölüm anı yaxınlaşanda övladıma görə qorxdum” - VİDEO

Hazırda oxunan: Aygün Bəylər: “Ölüm anı yaxınlaşanda övladıma görə qorxdum” - VİDEO

120791

“Ömrümün xəstəliklə mübarizə apardığım hissəsi ayrı idi. Ancaq yatırdım. Ömrümün günəşli dövrü musiqiyə həsr olunan hissəsi idi. Hər kim 100 yaşamasa, günah onun özündədir. Ölüm anı yaxınlaşanda qorxdum ki, övladım tək qalmasın. Çünki mən tək olmuşam. Hazırda övladımın 13 yaşı var”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.

Xərçəng xəstəliyi ilə mübarizə aparan sənətçi səhhəti ilə bağlı növbəti dəfə açıqlama verib:

“Sonrakı peşmançılıq fayda verməz. Heç nəyə peşman deyiləm. Gözəl hisslərimi, yaşımı, cavanlığımı, sağlamlığımı sənətə qurban verdim. Çünki mən musiqi üçün doğulmuşam. Allah mənə buyurub ki, özümü musiqi üçün qurban verməliyəm. İncəsənət də qurban tələb edir. Özümü heç zaman efirdə görmək istəməmişəm. Həkimlərin dediyinə görə, 90 faizi keçib gedib. Deyirlər ki, yaxın zamanda tam bitəcək”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO