Mark Entoninin model arvadı HAMİLƏDİR - FOTO

Mark Entoninin model arvadı HAMİLƏDİR - FOTO

Hazırda oxunan: Mark Entoninin model arvadı HAMİLƏDİR - FOTO

120656

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Mark Entoni və “Miss Kainat 2021”in qalibi Nadya Ferreyra valideyn olacaqlar. 

Bizim.Media xəbər verir ki,  model sosial şəbəkə hesabında yuvarlaq qarnının fotosunu paylaşaraq, hamilə olduğuna işarə vurub. 

“Sevgililər Günü üçün ən yaxşı hədiyyə!” -, deyə Ferreyra yayımladığı şəkilə imza atıb.

Modelin hansı ayda hamilə olduğu bilinmir, lakin sosial şəbəkə əhli iddia edir ki, o, toyda hamiləliyini bilirmiş. 

Mark və keçmiş "Miss Paraqvay" cəmi iki həftə əvvəl Mayamidəki Müasir İncəsənət Muzeyində evlənib. Yeni evlənənləri təbrik etməyə 250-dən çox qonaq, o cümlədən Devid və Viktoriya Bekhemlər, Salma Hayek, müğənni Maluma və digər məşhurlar gəlib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO