Türk aktrisa ürəkləri titrətdi: “Əl-ələ verəcəyimiz uzun yolun hələ başlanğıcındayıq” - FOTO

Türk aktrisa ürəkləri titrətdi: “Əl-ələ verəcəyimiz uzun yolun hələ başlanğıcındayıq” - FOTO

Hazırda oxunan: Türk aktrisa ürəkləri titrətdi: “Əl-ələ verəcəyimiz uzun yolun hələ başlanğıcındayıq” - FOTO

120424

Dağıntılar arasından çıxan məktubda bir qadının ərinə ata olacağını yazması türk mətbuatında gündəm olub.

Bizim.Media xəbər verir ki, həmin məktubun fotosunu sosial şəbəkə hesabında paylaşan məşhur aktrisa Ceyda Düvenci yazdığı fikirlərlə ürəkləri titrədib.

“İtirdiyimiz “on minlərlə” xatırlanır, rəqəmlər havada uçuşur... Hər biri döyünən bir ürək, yarımçıq bir cümlə, deyilməmiş və eşidilməyən sözlər, qoxuyub öpməkdən doymayan əllər... Hər biri bir hekayə, həyat, məqsəd, həyəcan, arzu, məyusluq, ümid və ümidsizlik... Daha çox yazsam, yeyib gedənlərə sətirlərim çatmaz... Amma təbii ki, əvvəl özümə, sonra da bizə deyəcək sözüm var...  Arxada danışılmayan sözləri qoymayaq, addımlarımızı, həyəcanlarımızı, arzularımızı, heç nədən vaz keçməyək... Durub əlimizi özümüzə tutaq. Ürək, dərindən nəfəs al, döyüntülərini hiss et... Hələ də bizdən kömək gözləyən və sağlam şüurumuza ehtiyacı olan on minlərlə insan var... Biz əl-ələ verəcəyimiz uzun yolun hələ başlanğıcındayıq... Yol uzun, uzun... Hər an sevgi, empatiya, şəfqətlə dolu keçməlidir... Bizə yaxşı baxın... Ürəyimiz sayəsində...”

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO