Yusif Güney dağılmış binaya girib, pişiyi XİLAS ETDİ - VİDEO

Yusif Güney dağılmış binaya girib, pişiyi XİLAS ETDİ - VİDEO

Hazırda oxunan: Yusif Güney dağılmış binaya girib, pişiyi XİLAS ETDİ - VİDEO

120205

Türkiyənin məşhur pop ulduzu Yusif Güney zəlzələ bölgələrindən birinə yollanaraq ziyan çəkənlərə yardım edib.

Bizim.Media xəbər verir ki, sənətçinin özü qollarını çırmalayaraq uçmuş vəziyyətdə olan binaların birinin ikinci mərtəbəsində yerləşən evə girərək köməksiz vəziyyətdə qalan pişiyi xilas etməyə çalışıb. 

Həmin anları isə Yusif sosial şəbəkə hesabında paylaşaraq, izləyicilərinə təhlükə saçan bu addımı təkrarlamamağa çağırıb: 

“Dostlar ev xaraba halında idi.  Risk aldıq, içəri daxil olduq. Amma qətiyyən siz bunu etməyin. Nə etsək də, pişiyin birini tapa bilmədik. Zəlzələdən pəncərələr, otaqların qapıları sınıb. Oraya yemək su qoyduq. Getmək məcburiyyətində idik. İnşallah pişik gizləndiyi yerdən, bina yıxılmadan qaçıb. Allahın yaratdığı bütün canlar qiymətlidir”. 
Daha sonra Yusif tapa bilmədiyi pişiyin görüntülərini “Instagram” səhifəsində izləyiciləri ilə bölüşərək onu da xilas etdiyini diqqətə çatdırıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO