Ronaldo 10 aylıq qızı ilə BİR ARADA - FOTO

Ronaldo 10 aylıq qızı ilə BİR ARADA - FOTO

Hazırda oxunan: Ronaldo 10 aylıq qızı ilə BİR ARADA - FOTO

120085

Dünya şöhrətli ulduz futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez kiçik qızlarının yeni fotosunu paylaşıb. 

Bizim.Media xəbər verir ki, qayğıkeş Corcina Ronaldonun qucağında oturan qızının əks olunduğu fotosu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

“Bella Esmeralda. Allahın sənə verdiyi o güclü və incə görünüş. Mən səni sevirəm”. 

Xatırladaq ki, Kriştiano və Corcina əkiz uşaq gözləyiblər. Lakin 2022-ci ilin aprelində futbolçu oğlunun doğuş zamanı öldüyünü açıqlayıb. 

Qeyd edək ki, hazırda bütün ailə Kriştianonun “Əl-Nəsr” klubunda oynadığı Səudiyyə Ərəbistanına köçüb. Məşhur cütlüyün ayrıla bilməməsi üçün hökumət hətta nikahdan kənar birgə yaşamağı qadağan edən qanuna da göz yummalı olub. Ronaldo-Rodriguez cütlüyü Krallıq Mərkəzinin 99 mərtəbəli qülləsində, ən dəbdəbəli 17 otaqlı lüks nömrədə yerləşən “Four Seasons Hotel”də məskunlaşıb.  


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO