Türkiyənin məşhur ulduzu Gülbən Ərgən təbii fəlakət bölgəsinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi zəlzələ nəticəsində dağılaraq, xarabalığa çevrilən Kahramanmaraşa gedərək, orada sevdiklərini və ailə üzvlərini itirən, dağıntılar altından sağ çıxarılan insanlarla görüşərək, yardımlar edib.
Zərərçəkənlərə həm maddi həm də mənəvi dəstək göstərən Ərgən eyni zamanda orada fasiləsiz çalışan həkimlər, tibb işçiləri və xilasetmə qrupları ilə görüşüb.
Gülbən eyni zamanda hazırda həyatlarını çadırda davam etdirən bir ailənin qonağı olub. Müğənninin ailənin uşaqları ilə səmimi ünsiyyəti və qayğıkeş münasibəti lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Həmin görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media