Günay doğum gününü təxirə saldı: “Türkiyədəki faciədən sonra vicdanım əl vermədi” - FOTO 

Günay doğum gününü təxirə saldı: “Türkiyədəki faciədən sonra vicdanım əl vermədi” - FOTO 

Hazırda oxunan: Günay doğum gününü təxirə saldı: “Türkiyədəki faciədən sonra vicdanım əl vermədi” - FOTO 

119710

“Bu gün 32 yaşım tamam oldu. İllər və hadisələr bizi sürətlə dəyişir. Ətrafımızda baş verən hadisələr fərqində olmadan üzərimizdə təsir buraxır. Normalda doğum günümü sevdiyim insanların, dostların, doğmaların əhatəsində qeyd etməyi sevirəm. Amma qardaş Türkiyədə baş verən bu faciəvi hadisədən sonra vicdanım buna əl vermir”.

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün doğum gününü qeyd edən müğənni Günay İbrahimli sosial şəbəkə hesabında yazıb.

Sənətçi Türkiyədə baş verən təbii fəlakət və yaşanan faciə ilə əlaqədar əvvəlki illərdən fərqli olaraq, ad gününü təmtəraqlı şəkildə qeyd etməyəcəyini bildirib.

“Minlərlə insan həlak olub. İnsanlar dağıntı altında xilas olunmağı gözləyirlər. Minlərlə insan evsiz, yuvasız qalıb. Milyonlarla insan səfərbər olub. Bu baş verən hadisələr məni yaşımdan daha çox böyütdü.
Təbiət qarşısında necə aciz, zəif olduğumuzu daha dərindən dərk etdim. Amma üzərində ədayla gəzirik, sanki biz var idik, dünya bizim üzərimizdə yaranmış kimi. Diqqət göstərən, təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun!”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO