“Telegram” ani mesajlaşma onlayn proqramının qurucusu, 38 yaşlı Pavel Durov Dubayda ən nüfuzlu şəxs kimi tanınıb.
Bizim.Media “Arabian Business” nəşrinə istinadən xəbər verir ki, 15,1 milyard dollar kapitalı olan Durov 22 yaşında Rusiyanın ən böyük sosial şəbəkəsi “Vkontakte”ni yaratdıqdan sonra Rusiyanın Mark Zukerberqi kimi tanınıb.
“Daha sonra 2013-cü ildə o, mesajların, video və audio zənglərin tam şifrələnməsini dəstəkləyən ani mesajlaşma xidməti olan Telegram-ı işə salıb”, - deyə Durovun “Arabian Business” saytındakı profilində deyilir.
Yeri gəlmişkən, bir müddət əvvəl Durov “Forbes”in Birləşmiş Ərəb Əmirliklərinin ən varlı adamları siyahısına başçılıq edib.
Qeyd edək ki, Pavelin dörd vətəndaşlığı var: Rusiya, Saint Kitts və Nevis, Fransa və Birləşmiş Ərəb Əmirlikləri.
İş adamı 2017-ci ildən Əmirlikdə yaşasa da, yalnız bu il günəş altında olan bu yerin vətəndaşı olub. Yeri gəlmişkən, varlıların ümumi sıralamasında Durov 123-cü yeri tutur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:56 / 10.02.2023
“Telegram”ın qurucusu Dubayın ən nüfuzlu adamı SEÇİLDİ – FOTO
Hazırda oxunan: “Telegram”ın qurucusu Dubayın ən nüfuzlu adamı SEÇİLDİ – FOTO
Hazırda oxunan: “Telegram”ın qurucusu Dubayın ən nüfuzlu adamı SEÇİLDİ – FOTO
119656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.