Aygün Şükürova: “Uşaqları dağıntılar altında çıxaranda, elə bildim Xocalıdır” - VİDEO

Aygün Şükürova: “Uşaqları dağıntılar altında çıxaranda, elə bildim Xocalıdır” - VİDEO

Hazırda oxunan: Aygün Şükürova: “Uşaqları dağıntılar altında çıxaranda, elə bildim Xocalıdır” - VİDEO

119604

“Türkiyədə vəziyyət çox pisdir. Dağıntılar altında çox insan var. Həyat yoldaşım Kənanla (rejissor və aktor Kənan Mahmudov – red.) yardımın ilk günü yardımlar etdik. Kənan təşviqat aparıb, hamını birləşib yardım etməyə səslədi. Gəlib evdə danışırdı ki, orada yardım edən o qədər insan kütləsi vardı ki... İnsan türk olduğuna görə fəxr edir (ağlayır)”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aygün Şükürova qona qolduğu “Səhər mərkəzi” verilişində deyib.

Dörd gün əvvəl Türkiyədə baş verən dəhşətli təbii fəlakətdən söz açan sənətçi bildirib ki, o gündən bəri uşaqlarınin psixoloji vəziyyətləri pozulub:

“Birinci gün kiçik qızım səhərə kimi yata bilmədi. Uşaq ağlayıb deyirdi ki, dağıntılar altında qalan körpələri xilas edəcəklər? İnan evdə övladlarımın psixoloji vəziyyətləri pozulub. Kiçik qızım hələ də elə başa düşür ki, dağıntılar altında uşaqların hamısı sağdır. Elə başa düşür ki, onlar hamısı xilas olacaq”.

Aygün qardaş ölkədə zəlzələ nəticəsində hər dəqiqə artan ölü sayını Xocalı faciəsinə bənzədib:

“Donmuş uşaqları dağıntılar altında çıxaranda, elə bildim ki, Xocalıdır. Xocalı faciəsi gözümün qabağına gəldi. Dəhşət idi. Bu gün baxıram ki, 90 saatdan sonra Süleyman adlı bir uşağı dağıntılar altından sağ çıxarıblar.

Bu bir möcüzədir! Allah elə bil ki, onlara yuxu verib ki, yatsınlar. 90 saat buz kimi torpağın, betonun ustündə yatmaq nə deməkdir? Bir də görürsünüz ki, uşaqlar daha dözümlüdürlər sanki...”
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərə çatıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO