"O xarabalıq dünyanın ən böyük səhnələrindən üstündür"- Mənsum İbrahimov - VİDEO

Hazırda oxunan: "O xarabalıq dünyanın ən böyük səhnələrindən üstündür"- Mənsum İbrahimov - VİDEO

11960

"2020-ci il bizim üçün gərgin başladı, amma sonluğu ölkəmiz üçün uğurlu oldu. Ali Baş Komandanın əmri ilə hücuma keçən müzəffər ordumuz 44 gün ərzində Qarabağda bir tarix yazdı və 30 ilə yaxın həsrət qaldığımız dədə-baba torpağımızı bizə qaytardılar".

Bizim.Media xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a açıqlamasında əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Mənsum İbrahimov - “Milli qürurumuz yenidən dirçəldi”


Sənətçi Ağdamda azan verərək Allaha təşəkkür etdiyini bildirib:

"Əhd etmişdim ki, ilk Ağdama girişimdə görəcəyim iş məsciddə azan verməkdir. Ömrümdə heç vaxt azan verməmişəm. Məscidə getdim və sanki o azanla Allaha təşəkkür etdim".

"Sonra möhtəşəm qoyub çıxdığımız Ağdamın mərkəzində, hansı ki, indi xarabalıqdır, kiçik konsert verdim, arzuma çatdım".

"Həmin xarabalıq dünyanın ən böyük səhnələrindən üstün idi. Çünki mən öz torpağımda oxuyurdum".

"Muğam musiqi sənətimizin əsasıdır. Beynəlxalq yarışlarda muğam elementləri mütləq olmalıdır. Milli geyimlərimizin rəmzi olmalıdır. Estrada, vokal dünyanındır, amma muğam bizimdir".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO